“Niva” 23 yaşlı gənci vuraraq, hadisə yerindən qaçıb

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə "Neapol" dairəsində qeydə alınıb.

Belə ki, 10-NE-255 dövlət nişanlı, "Chevrolet Niva" markalı avtomobil 1986-cı il təvəllüdlü Əliyev Ceyhun Şamil oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Onun vəziyyəti ağır qiymətləndirilir.

Report

DİGƏR XƏBƏRLƏR

Top