Zelenski Putinə cavab verdi: hər millimetrini geri qaytarın


Ukraynadakı prezident seçkilərinin qalibi Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin iki ölkə arasındakı qardaşlıq əlaqələri haqqında fikirlərinə münasibət bildirib.


Yeniavaz.com xarici KİV-ə istinadən bildirir ki, V. Zelenski bu barədə özünün "Facebook" səhifəsində açıqlama verib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında yalnız dövlət sərhədi qalır: " İki ölkə xalqları arasında çox oxşarlıq var, amma bizim aramızda sərhəddən başqa heç bir əlaqə yoxdur. Siz Krımı bizim əlimizdən almısız. Və Rusiya Ukraynadan aldığı torpaqların hər bir millimetrini geri qaytarmalıdır".

V. Zelenski, Rusiyanın Ukraynaya neft məhsullarının ixracına qadağa qoymasını və Kerç boğazında ukraynalı dənizçilərin saxlanılması kimi faktları da xatırladıb: "Bu cür qardaşlıq əlaqələri olmur".

DİGƏR XƏBƏRLƏR

Top