“Azərsu”dan nazirliyin iradları ilə bağlı RƏSMİ AÇIQLAMA


“Azərsu” ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusu neçə illərdir ki, istismara yararsızdır. Artıq start verilib, Xaçmazda yeni təmizləyici qurğu tikilir.

Bunu Yeniavaz.com-a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə? yeni tikilən qurğu daha böyük ərazinin çirkab sularını təmizləyəcək: "O qurğu neçə illərdir ki, istismara yararsızdır. Artıq start verilib, Xaçmazda yeni təmizləyici qurğu tikilir. Əvvəl o köhnə qurğu ilə Xaçmaz və Qubanın çirkab suları təmizlənirdi. Amma yeni qurğu vasitəsi ilə həm Qusarın, həm də "Şahdağ Qış-Yay Turizm Kompleksi"nin çirkab suları təmizlənəcək. Artıq tender elan olunub, işlərə başlanılıb. Köhnə qurğu isə sovet dövründə tikilib və istismar müddətini başa vurub".

Xatırladaq ki, ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov “Azərsu” ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusunun istismara yararsız olması və nəticədə çirkab sularının Xəzərə axması haqqında məlumat vermişdi: "Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axarlar Qudyalçay, Qusarçay və Vəlvələçaydır ki, bunlar da Xəzəri çirklənməyə məruz qoyur. Çayların çirklənməsinə səbəb “Azərsu” ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusunun istismara yararsız olması və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasıdır".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top