
Mayın 1-də ABŞ-ın Nyu-Cersi ştatındakı dünyaca məşhur Prinston Universitetində Azərbaycan muğam gecəsi keçirilib.
Yeniavaz.com-un məlumatına görə, Yaxın Şərq Araşdırmaları İnstitutunun təşkil etdiyi tədbirdə ABŞ-da təhsil alan azərbaycanlı tələbələr, o cümlədən Prinston Universitetinin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan muğamı səsləndirilib. Xanəndə Əsgər Əsgərzadəni tarda Yunis Qasımzadə, kamançada isə amerikalı Cefri Verbok müşayiət edib.
C. Verbok tədbir iştirakçılarına Azərbaycan musiqisi, tarı və kamanı haqqında məlumat verib.
Qeyd edək ki, 30 ildən çoxdur Azərbaycan mədəniyyəti, xüsusi ilə də musiqisi ilə maraqlanan C. Verbok peşəkar kamança ustasıdır.
Nicat Qasımov
Tətbiqimizi yükləyə bilərsiniz