Marşurutlarda kondisionerlər nə vaxt işləyəcək? - RƏSMİ AÇIQLAMA


Son günlər havanın isinməsi sərnişin avtobuslarında kondisionerlərin nə zaman işə salınacağı məsələsini aktuallaşdırıb.  Avtobuslarda sərnişin sıxlıqlarını nəzərə alsaq, onlar ünvana diskamfort şəraitdə gedib çatırlar. Bəzi sərnişinlər bildirirlər ki, avtobuslarda kondisoner olsa da, işlədilmir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Yeniavaz.com-a açıqlama verib.

Onun sözlərinə görə, ölkədə yay mövsümü rəsmi olaraq iyun ayının 15-dən başlayır: "Bilirsiniz ki, əvvəlki illərdə də belə bir məsələ olmuşdu, havanın temperaturu yüksəlir, sərnişinlərdə narazıçılıq halları olur. Bizim üçün də əsas sərnişinlərin rahatlığıdır. Bütün tədbirlər həyata keçirilir ki, sərnişinlər avtobuslarla rahatlıqla daşınsınlar. Əgər sərnişinləri narahat edən bir məqam varsa, bu araşdırılacaq və aradan qaldırılacaq. İndi bilirsiz ki, havanın temperaturu yüksəkdir və mütəmadi olaraq belə davam etsə,  bununla bağlı lazımi tədbirlər görüləcək".

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top