
Yeni siyasi arayış və cəhdlərimiz var.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyənin keçmiş iqtisadiyyat naziri Əli Babacan deyib.
O, yeni partiya quracaqlarına dair iddialara da cavab verib: "Yoldaşlarla danışırıq". Ə. Babacan keçmiş Baş nazir Əhməd Davudoğlu ilə birlikdə partiya quracaqlarına dair fikirlərin əsassız olduğunu vurğulayıb: "Hörmətli Davudoğlu ilə əlbəttə ki, insani əlaqələrimiz var, amma siyasətdə bir yerdə deyilik". Sabiq nazir bununla belə, diqqətə çatdırıb ki, tamamilə siyasətdən kənarda qalmayıb: "Demək istədiyim odur ki, Əhməd Davudoğlu ilə siyasətdə bərabər hərəkət etmirik".
O, eyni zamanda yeni siyasi arayış və cəhdlərin olduğunu etiraf edib: "Yoldaşlarla dəyərləndirmə və çalışmalarımız davam edir". Ə. Babacan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona iqtisadiyyat naziri vəzifəsinə təklif edəcəyi təqdirdə, bunu qətiyyən qəbul etməyəcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz