
Çingiz Rəhimov yaxşı mütəxəssis və savadlı həkimdir.
Bunu Yeniavaz.com - a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Ağdaş sakini Ramin Məmmədovun üzünün tanınmaz hala düşməsində ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovu ittiham etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hadisə haqqında heç bir məlumatı yoxdur: "Çingiz Rəhimov çox yaxşı mütəxəssis olub. Amma o burun əməliyyatını necə edibsə, bunu özü bilir. O, çox savadlı həkimdir. Mən nə əməliyyat zamanı nə olub-bitdiyi, nə də ki, həmin xəstənin problemi haqqında heç nə deyə bilmərəm. Çünki bu haqda heç bir məlumatım yoxdur".
Xatırladaq ki, Ağdaş rayon sakini Ramin Məmmədov iddia edir ki, Ç. Rəhimov onun burnunda əməliyyat apardıqdan sonra sol gözündə böyük şiş əmələ gəlib. Ç. Rəhimov isə mətbuata açıqlamasında qeyd edib ki, R. Məmmədov onkoloji xəstədir, ona müalicə yolu da göstərilib: “Xəstə bu müalicədən imtina edərək rayona gedib, orda deyiblər ki, biz səni müalicə edərik. Sonra görüblər ki, əlləri üzülüb, deyiblər ki, sizdən biopsiya götürən həkimin yanına gedin. Dünyanın hər yerində onkoloji xəstələrdən birinci mərhələdə biopsiya götürülür. Amma bizdə belədir ki, kim bıçaq vurubsa, deməli, günah ondadır. Əslində heç yerdə biopsiya olmamış müalicəni başlamaq düzgün deyil”.
Şahmərdan Əhmədli
Tətbiqimizi yükləyə bilərsiniz