İstanbul valisi ermənilərlə görüşdü - Seçkilər yenidən keçiriləcək


Türkiyə ermənilərinin dini rəhbəri hesab olunan İstanbul patriarxının səlahiyyətlərini icra edən Aram Ataşyan və onun köməkçisi Saak Maşalyan İstanbul valisi Ali Yerlikaya ilə görüşüb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Aram Ataşyan vali Ali Yerlikayadan İstanbulda "patriarx seçkiləri"nin keçirilməsi üçün icazə istəyib. İcazə ərzəsini qəbul edən İstanbul valisi bildirib ki, ermənilərin müraciətini Daxili İşlər Nazirliyinə təqdim edəcək və ən qısa müddətdə seçki üçün razılıq almağa çalışacaq.
Məlumat üçün bildirək ki, 1998-ci ildən İstanbul erməni patriarxı vəzifəsini icra edən Mesrob Mutafyan 2008-ci ildə xəstəlik səbəbindən (ruhi xəstə olub-red) vəzifəsini icra edə bilməyib. Nəhayət 2019-cu ilin mart ayında uzun sürən ağır xəstəlikdən sonra ölüb.
Mesrob Mutafyanın səlahiyyətlərini icra edən Aram Ataşyan isə bir qrup erməni din xadimi tərəfindən qəbul edilmir. Onlar iddia edirlər ki, Mesrob Mutafyanın xəstələnməsində Aram Ataşyanın əli var. Bu səbəbdən dəfələrlə təşəbbüs göstərilməsinə baxmayaraq İstanbulda "patriarx seçkiləri" keçirmək mümkün olmayıb.
Bu ilin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ermənilərə ünvanladığı ənənəvi "24 aprel" müraciətində "patriarx seçkiləri" məsələsinə toxunaraq tezliklə İstanbul patriaxının seçiləcəyinə ümid etdiyini bildirb.

DİGƏR XƏBƏRLƏR

Top