Vasif Talıbovun oğluna vəzifə verildi - FOTO


Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti təyin edilib.

Yeniavaz.com-un məlumatına görə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, S. Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

DİGƏR XƏBƏRLƏR

Top