Maduro çevrilişə cəhddən sonra xalqa müraciət etdi: cəzasız qalmayacaqlar


Venesuela Prezidenti Nikolas Maduro dövlət çevrilişinə cəhdlə əlaqəsi olanların cəzasız qalmayacağını deyib.

Yeniavaz.com  xarici KİV-ə istinadən bildirir ki, N. Maduro hazırlanan  çevrilişin müvəffəqiyyətsizliklə nəticələnəcəyini və müxalifət başçısının ordunu öz tərəfinə çəkə bilməyəcəyini deyib.

Televiziya vasitəsilə xalqa müraciət edən N.Maduro çevriliş cəhdinin arxasında dayanan hər bir şəxsin ədalətə təslim ediləcəyini vurğulayıb.

Qeyd edək ki, dünən 100-dən çox adamın yaralandığı Venesuelada müxalifət başçısı Xuan Quaido xalqı bu gün də küçələrə çıxmağa və dəstək olmağa çağırıb.

O,  ABŞ, Böyük Britaniya və Latın Amerikası ölkələri də daxil olmaqla 50-dən çox ölkə tərəfindən Venesuelanın müvəqqəti başçısı olaraq tanınır.

DİGƏR XƏBƏRLƏR

Top