
İranda tuneldə dəhşətli yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, İranın Tehran şəhərində yerləşən Elburz tunelində yanğın olub. Belə ki, verilən məlumatlara görə yanğın nəticəsində 3 işçi həyatını itirib, 5 nəfər ağır yaralanıb, 2 nəfərin isə xilas edilməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.