
ABŞ-ın Şimali Karolina Universitetində silahlı hücum baş verib. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, Amerika mətbuatının yaydığı xəbərə görə, Şarlotta şəhərində yerləşən Şimali Karolina Universitetində anidən silah səsləri eşidilib. Səsləri eşidən insanlar dərhal polis və təcili tibbi yardıma zəng vuraraq məlumat veriblər. Dərhal hadisə yerinə gələn polislər 2 nəfərin həyatını itirdiyini, 2-si ağır olmaqla 4 nəfərin yaralandığını bildiriblər. Həyatlarını itirmiş şəxslərin kimlikləri isə hələ ki, məlum deyil.
Polis əməkdaşlarının verdiyi məlumata görə, artıq hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz