
Azərbaycan Mərkəzi Bankının 26 aprel 2019-cu il tarixli qərarı ilə da uçot faiz dərəcəsi 9%-dən 8,75%-ə endirilib.
Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bankın bu qərarından sonra Azərbaycan uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkələrin sıralamasında 36-cı sıradan 40-cı sıraya geriləyib. Bu o deməkdir ki, Azərbayacan uçot faiz dərəcəsinin ən yüksək olduğu 40-cı ölkə hesab olunur.
Məlumat üçün qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank bankları və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (8,75%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 8 750 manat ödəməli olacaq.
Dünyanın müxtəlif ölkələrindəki uçot faiz dərəcələrinə baxdığımız zaman açıq şəkildə görünür ki, inkişaf etmiş Qərb ölkələrdə faiz dərəcələri sıfıra bərabərdir. Hazırda Avropa Birliyinə daxil olan ölkələrin böyük əksəriyyətində - Almaniya, Fransa, İtaliya, İspaniya, Latva, Litva, Kipr, Hollandiya, Lüksemburq, Avstraya və digər ölkələrdə uçot faiz dərəcəsi sıfıra bərabərdir. Hətta Yaponiya, İsveç, Danimarka, İsveçra kimi ölkələrdə mənfi uçot faiz dərəcəsi tətbiq edilir. Məsələn, Danimarkada uçot faiz dərəcəsi - 0,65% təşkil edir.
Uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkə isə Argentina hesab olunur. Bu ölkədə uçot faiz dərəcəsi 71,8% təşkil edir. Uçot faiz dərəcəsinin yüksək olduğu ölkələrin sıralamasında ilk yerlərdə 32,3%-lə Venesuela, 27%-lə Yəmən, 25%-lə Suriya, 24%-lə Türkiyə, 20%-lə Haiti, 18%-lə İran, 17,5%-lə Ukrayna qərarlaşıb.
Region ölkələridə isə uçot faiz dərəcələri belə olub:
Türkiyə - 24%
İran - 18%
Ukrayna - 17,5%
Özbəkistan - 16%
Tacikistan - 14,75%
Belarus - 10%
Qazaxıstan - 9%
Azərbaycan -8,75%
Rusiya - 7,75%
Gürcüstan - 6,5%
Moldova - 6,5%
Ermənistan -5,75%
Qırğızıstan - 4,5%
Tətbiqimizi yükləyə bilərsiniz