Venesuelada dövlət çevrilişinə cəhd: küçələrdə atəş səsləri eşidilir - YENİLƏNİB


Karakas küçələrində avtomatdan açılan atəş səsləri eşidilir.

Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Fransisk Miranda adına aviabazanın ətrafında atəş açılıb. X. Quaido məhz buradan videoçarx çəkərək xalqı və hərbçiləri küçələrə çıxmağa çağırmışdı.  

***
Venesuela hökuməti müxalifətlə əlaqəsi olan bir qrup hərbçinin dövlət çevrilişinə cəhd göstərdiyini bəyan edib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hökumət cəhdin qarşısını almaq üçün tədbirlər görməyə başlayıb.

Venesuelada özünü müvəqqəti dövlət başçısı elan edən Xuan Quaido hərbi birləşmələri və ölkə xalqına küçələrə çıxmağa çağırıb. Venesuelanın müdafiə naziri dövlət çevrilişini qəbul etmədiklərini və mövcud Prezident Nikolas Maduronun yanında olacağını açıqlayıb.

Dövlət çevrilişinə cəhd yerli vaxtla 06:35-də başlayıb. Bu arada X. Quaidonun yüzlərlə tərəfdarı Karakas küçələrinə çıxıb.  
 

DİGƏR XƏBƏRLƏR

Top