“Google” binasının üzərinə kran aşdı: 4 ölü, 3 yaralı - VİDEO


ABŞ-ın Sietl şəhərində “Google”un yeni binasında bədbəxt hadisə baş verib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, binanın inşasında istifadə olunan qaldırıcı kran güclü küləyə tab gətirməyərək aşıb. Kran əvvəlcə binanın üzərinə daha sonra qırılaraq yoldan keçən avtomobillərin üzərinə düşüb. "Daily Mail"in məlumatına görə azı 6 avtomobil kranın altında qalıb.  İlkin məlumata görə 4 nəfərin ölümünə, 3 nəfərin isə ağır yaralanmasına səbəb olub. Ölənlərdən biri tələbə gənc qız, yaralılar arasında isə 25 yaşlı ana və onun uşağı var. 

DİGƏR XƏBƏRLƏR

Top