
Afrikanın qərbində yerləşən Burkina-Fasoda terrorçular kilsəyə silahlı hücum ediblər.
Yeniavaz.com xəbər verir ki, ölkənin şimalında yerləşən Soum bölgəsindəyerləşən kilsələrin birinə silahlı terrorçular atəş açıblar. Hücum zamanı kilsənin keşişi və 4 nəfər ziyarətçi öldürülüb. Terrorçular daha 2 nəfəri girov götürüblər.