Azərbaycanda evi qarət edib, daha sonra od vurdular - VİDEO


Yevlaxda evi qarət edib, daha sonra od vurdular.

Yeniavaz.com xəbər verir ki, şəhər ərazisində Nizami Cavadova məxsus evin yanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yanğın hadisəsini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakinləri, əvvəllər məhkum olan İsmayıl Məmmədov və Emin Qocayev saxlanılıb.
 
Müstəniq Elçin Sevindikov bildirib ki, dindirilmə zamanı hər iki şəxs törətdiklər cinayət əməlini etiraf edib, əməllərindən peşiman olduqıarını bildirblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top