Qazaxıstanda prezident olmaq istəyən 9 nəfər ana dilindən imtahan verib


Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 9-da ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək 9 namizədin adlarını açıqlayıb.

Kasım-Jomart Tokayev, Amangeldi Taspixov, Sədibek Tugel, Daniya Yespayeva, Toleutay Raximbekov, Jambıl Axmetbekov, Amirjan Kosanov və Jumatay Əliyev seçkilərdə iştirak etmək üçün sənədlərini MSK-ya təqdim ediblər.

Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim olunan prezidentliyə namizədlər ana dilindən imtahan veriblər.

Gözlənildiyinin əksinə olaraq Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva prezidentliyə namizədliyini verməyib. 

Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.

AzərTAC

DİGƏR XƏBƏRLƏR

Top