Rusiyanın Ermənistana yeni nəsil təyyarələri göndərməsinin sirri açıldı


Rusiya Ermənistandakı Erubini hərbi hava bazasına 18 ədəd Su-30SM təyyarəsi yerləşdirməyi planlaşdırır.

Bu rəsmi təsdiqini tapmasa da, təyyarələrin yaxın dövrdə Ermənistana gətiriləcəyi və bazadakı AN-29 təyyarələri ilə əvəz ediləcəyi deyilir.

Buna paralel olaraq, Ermənistanın müdafiə naziri David Tonoyan 2020-ci ilin əvvəlində Rusiyadan 4 ədəd S-30SM təyyarəsi alacaqlarını bildirib.

Yeniavaz.com publika.az-a istinadən xəbər verir ki, rusiyalı hərbi ekspert Pavel Felqenqauer Rusiyanın Ermənistana göndərəcəyi Su-30SM təyyarələrinin Azərbaycana qarşı olmadığını bildirib.

“Rusiyanın Ermənistandakı hərbi bazasında əhəmiyətli müasirləşdirilmə başlandı. Erubuni bazasına Cənubi Qafqazda həmişə NATO-ya qarşı müdafiə kimi baxılıb. İndi hərbi baza yenilənir, əhəmiyyətli dərəcədə müasirləşdirilir və bu, NATO ilə potensial qarşıdurmaya hesablanmış addımdır. Bu addımlar cənub cinahında Rusiya qoşunlarının imkanlarını gücləndirəcək”, - deyə hərbi ekspert qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top