Bakıda avtobus qəzaya uğradı: 27 yaralı, 3-ü uşaq- YENİLƏNİB - VİDEO

Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 27 nəfər xəsarət alıb.

Üç saylı Şəhər klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov "Report"a bildirib ki, qəzadan sonra xəstəxanaya 27 yaralı gətirilib.

Onun sözlərinə görə, xəsarət alanlardan 3-ü uşaqlar, 24-ü böyüklərdir. Xəsarət alanlardan 17-i (uşaqlar da daxil olmaqla-red) evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə edilir.  

Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

DİGƏR XƏBƏRLƏR

Top