Mağazalar müştərilərə belə "kələk" gəlirlər


Sərbəst bazar iqtisadiyyatı inkişaf etdikcə rəqabət mühiti də artmaqdadır.
Yeniavaz.com xəbər verir ki, şirkətlər və mağazalar arasında yaşanan kəskin rəqabət hər keçən gün artır. Belə olan halda da mağazalar müştəri cəlb etmək və daha çox məhsul satmaq üçün yeni marketinq "hiylələri" fikirləşib tapmalı olurlar. Maraqlı olacağını nəzərə alaraq mağazalar tərəfindən tətbiq edilən bəzi marketinq "hiylələrini" təqdim edirik:  
- Siz mağazaya daxil olursunuz və qarşınıza çox da məşhur olmayan bir markaya məxsus, üzərinə "500 manat" qiymət etiketi qoyulan ayaqqabı çıxır. Təbii ki, bu sizə olduqca baha görsənəcək. Bir qədər irəllilədikdən sonra 400 manata satılan köynəklə rastlaşırsının. Ayaqqabıda olduğu kimi köynəyin markası da sizə tanış gəlmir.  Sizdə belə qənaət yaranır ki, bu mağazada məhsullar həddindən artıq bahadır. Bir neçə addım atdıqdan sonra qarşınıza üzərində "600 manat" yazısı olan pencək çıxır. Bu zaman siz dərhal pencəyin qiymətini bir qədər əvvəl gördüyünüz ayaqqabı və köynəyin qiymətilə müqayisə edirsiniz. Nəticədə sizə elə gəlir ki, olduqca bahalı məhsulların satıldığı mağazada əlverişli qiymətə pencək tapmısınız. Əlbəttə siz bir çox hallarda bu cür düzülüşün adi bir marketinq gedişi olduğunu heç düşünmürsünüz də...
- Əksər supermarketlərdə uşaqlar üçün mallar hər zaman vitrinlərin aşağı hissəsində, uşaqların görə biləcəyi yerlərdə yerləşdirilir. Belə olan təqdirdə uşaqlarınız sizə ehtiyac hiss etmədən özünə lazım olan hər şeyi asanlıqla əldə edə biləcək... Kassada isə bu malların pulun uşaqdan deyil sizdən alacaqlar. Əgər supermarketdə uşağını arabanın içərisinə qoyan valideyinlə rastlaşsanız onu başa düşməyə çalışın.
- Mağazanın birində "İsmayıllı pendiri"nin 1 kiloqramını 5 manata satırlar. Digər mağazada isə həmin pendirin 3 kiloqramını 14 manat 90 qəpiyə satırlar. Bu mağazalar arasında qiymət fərqi hər kiloqramda cəmi 3 qəpiyə bərabərdir. Ancaq ikinci mağazanın daha çox pendir satacağına yəqin ki, heç kim şübhə etmir.
- Fikir vermisinizsə, geyim mğazalarının bəzi yerlərində paltarları nizamsız şəkildə bir-birini üzərinə yığırlar. Bəzi paltarları isə səlqəli şəkildə asılqanlardan asırlar. Məlumdur ki, mal almaq istəyən hər zaman axtarışda olur. Əksər alıcılar nizamsız şəkildə üst-üstə yığılan paltarların arasında maraqlı və dəyərli paltar tapacağına ümid edir...

DİGƏR XƏBƏRLƏR

Top