"Yazırlar ki, guya ögey atasına görə qaçıb" - İtkin düşən məktəblinin anası


Bakıda 13 yaşlı məktəbli qızın itkin düşdüyünü xəbər vermişdik.

Yeniavaz.com xəbər verir ki, Unikal.org-a açıqlama verən itkin düşən 5 saylı orta məktəbin 7-ci sinif şagirdi Aydan Əliyevanın anası Təranə Yusifova bildirib ki, qızından hələ də xəbər yoxdur:

"Aydan dünən dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gəlib çıxmayıb. Kamerada  saat 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında uşağın görüntüsü var. Qızımın mobil telefonu yoxdur. Uşağı məktəbdən bir saat tez buraxıblar evə. Mən ehtimal edirəm ki, o tez çıxdığı üçün qorxusundan evə gəlməyib. Çünki o məndən o bir az çəkinirdi. Yəqin fikirləşib ki, mən onu döyəcəm. Yazırlar ki, guya ögey atasına görə qaçıb. Onu demək istəyirəm ki, mən Aydanın atası ilə çoxdan ayrılsam da uşağın ögey atası yoxdur. Sonra yazırlar ki, səhər saat 5-də çıxıb. Bunlar hamısı yalandır. Hələ də qızımdan bir xəbər yoxdur".

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top