Şri-Lankada İŞİD-lə atışma: xeyli sayda ölən var


Şri-Lankanın şərqində evlərin birində baş vermiş atışma nəticəsində azı 15 nəfər həlak olub.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, atışma Seyntamarutu şəhərində hərbçilər və İŞİD terror qruplaşmasının üzvləri arasında baş verib.

Sözügedən evdə bir neçə patlayış da baş verib. Polis binanın daxilində üç intiharçı-terrorçunun, üç qadının və altı uşağın cəsədini aşkarlayıb. Bundan başqa, evin həyətində özünü partladan üç kişinin meyiti də tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlıların zərərsizləşdirilməsi üzrə keçirilmiş xüsusi əməliyyat zamanı xəsarət almayıblar.

DİGƏR XƏBƏRLƏR

Top