Mingəçevirdə şahmat üzrə respublika birinciliyinin zona yarışları keçirilir


Mingəçevirdə şahmat üzrə respublika birinciliyinin zona yarışları keçirilir.

Mingəçevir şəhər Şahmat məktəbində baş tutan kiçik yaşlı məktəblilər (2,3 və 4-cü sinif şagirdləri) arası respublika zona birinciliyində 14 şəhər və regionun yeniyetmə şahmatçıları iştirak edir. 4 komandaya isə yarışa gecikmələri səbəbindən  zona birinciliyində iştiraka icazə verilməyib. Yarışların baş hakimi Cəmil Fətullayevin Yeniavaz.com-a verdiyi məlumata görə, birincilik İsveçrə sistemi üzrə keçirilir və 7 turdan ibarətdir. Artıq oyunların 5 turu arxada qalıb. Ümumi nəticədə ilk iki yeri tutan şahmat komandaları iyun ayında paytaxtda keçirilməsi nəzərdə tutulan final oyunlarına vəsiqə qazanacaq.
Qeyd edək ki, məktəblilər arası zona birinciliyi eyni vaxtda ölkənin 6 bölgəsində-Mingəçevir, Bakı şəhərlərində həmçinin Göyçay, Səlyan, Şəmkir və Quba rayonlarında keçirilir. Birinciliyə Respublika Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdman Federasiyası təşkilati dəstək nümayiş etdirir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top