Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.
Yeniavaz.com ONA-ya istinadən xəbər verir ki, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib. Hadisə nəticəsində aktrisanın ayağı sınıb.
Yol qəzasında M.Xanlarovadan başqa daha iki nəfər - aktrisanın rəfiqəsi, 1958-ci il təvəllüdlü Əliyeva Solmaz Kamal qızı və 4 yaşlı Əsgərzadə Sevda Tariyel qızı xəsarət alıb.
Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Ayağı sınan aktrisaya və azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra hər ikisi evə buraxılıb.
Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır.

Tətbiqimizi yükləyə bilərsiniz