"Uilyams" komandasının rəhbərliyi: Lyüklər boltlarla bərkidilməliydi


"Uilyams" komandasının rəhbərinin müavini Kler Uilyams "Formula-1" Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşü zamanı baş vermiş insidenti şərh edib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, K. Uilyams "Formula -1" trasından başqa şey gözlədiklərini deyib.

O bildirib: "Əldə olunmuş məlumatlara əsasən, aydındır ki, maşının altı güclü zədələnib. Kim bilir, orda daha nə zədələnib. Hələlik gözləyib baxmaq lazımdır ki, orada nə baş verib. Əlavə məlumat verəcəyik.  Şassini təmir etmək və ya üçüncü şassini quraşdırmaq lazımdır. Təbiidir ki, başqa şeyə ümid edirdik. Əlbəttə ki, "Formula-1" trasından başqa şey gözləyirik. Drenaj lükləri boltlarla bərkidilməlidir. Biz vəziyyəti təşkilatçılarla müzakirə edəcəyik". K. Uilyams qəzaya uğrayan Corc Rassell ilə hələ söhbət etmədiyini bildirib: "Lakin fikrimcə, zədə ciddidir. Belə vəziyyətlər qəbuledilməzdir".

Qeyd edək ki, "Williams Racing” komandasının pilotu Corc Rasselin bolidinin altı sərbəst yürüşün 14-cü dəqiqəsində drenaj lyükünə ilişib. Bolidin altından qığılcım çıxmağa başlayıb. Bundan sonra bolidin alt hissəsi parçalanıb. Pilot məcbur olaraq bolidi saxlamalı olub.

DİGƏR XƏBƏRLƏR

Top