DYP Mingəçevirdə reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Mingəçevirdə yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən sürücülər barədə inzibati protokollar tərtib olunub.
Yeniavaz.com xəbər verir ki, bu gün DYP əməkdaşları təmiz hava aylığı çərçivəsində gücləndirilmiş iş rejimində çalışıb. Əsasən Heydər Əliyev prospektində baş tutan gücləndirilmiş xidmət zamanı yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən 70-dən çox avtomobil sürücüsü saxlanılıb. Onlardan 27 barəsində müvafiq inzibati protokollar tərtib olunub. Tətbiq olunan hüquqi ölçülərdən 24-ü avtomobilindən havaya normadan artıq  zərərli tullantı buraxılan sürücülər olub. Bununla da təmiz hava aylığı çərçivəsində barəsində inzibati protokol tərtib olunan sürücülərin sayı 86-ya çatıb. Digər 3 sürücü isə yol hərəkəti qaydalarını başqa tələblər üzrə pozan sürücülər olub. Belə ki, şəhər küçələrində aparılan xidmət zamanı həm də manevr qaydalarını, orta xəttin tələblərini pozan və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər haqqında müvafiq hüquqi ölçü götürülüb. Digər sürücülərlə isə proflaktik söhbətlər aparılaraq son xəbərdarlıq edilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top