Türkiyəyə ərə gedən azərbaycanlı qadınların sayı açıqlandı - Artım var


Türkiyəyə ərə gedən azərbaycanlı qadınların sayı artıb.
Yeniavaz.com-un Türkiyə Statistika İdarəsinin açıqladığı məlumata istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadınların sayı 28,6% və ya 620 nəfər artaraq 2790 nəfərə yüksəlib.
Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 2-ci sırada qərarlaşıb. İlk sırada Suriya vətəndaşı olan qadınlar yer alıb - 4 074 nəfər. Növbəti yerlərdə 2 608 nəfərlə Almaniya, 1 172 nəfərlə Ukrayna, 1 134 nəfərlə Rusiya vətəndaşları gəlir.
Eyni zamanda Türkiyə vətəndaşı olan qadınlarla evlənən azərbaycanlı kişilərin sayı da artıb. Ötən bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı kişilərin sayı 2,6% və ya 3 nəfər artaraq 118 nəfərə çatıb. Azərbaycanlılar bu göstəriciyə görə 5-ci sırada qərarlaşıblar. Türkiyə vətəndaşı olan qadınlarla  ən çox Almaniya, Suriya, Avstraliya və İngiltərə vətəndaşı olan kişilər evlənib. İl ərtzində Türkiyə vətəndaşı olan 1 381 qadın Almaniya,  323 qadın Suriya, 302 qadın Avstraliya, 123 qadın İngiltərə vətəndaşları ilə evləniblər.

DİGƏR XƏBƏRLƏR

Top