Türkiyədə yoxa çıxmış azərbaycanlı qadın tapıldı - VİDEO


Türkiyədə yoxa çıxan azərbaycanlı Aytən Hüseynova tapılıb.

Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, ailəsi onu 1 aydır axtarırdı.

A. Hüseynova ötən gün gecə saatlarında tapılıb. Türkiyənin tanınmış araşdırmaçı-jurnalisti Müge Anlı A. Hüseynovanın bacısını və anasını verilişinə dəvət edib.  A. Hüseynova saxta şəxsiyyət vəsiqəsi olan sevgilisi ilə yoxa çıxmışdı. Martın 18-dən bəri ondan xəbər yoxuydu. Məlum olub ki, o, sağlıq turizmi adıyla Türkiyədə aldadılıb. A. Hüseynovanın bacısı efirdə deyib ki, həmin oğlanla bir neçə aydır tanış olub, əvvəllər bununla bağlı problem yaşamayıblar.

DİGƏR XƏBƏRLƏR

Top