Sarqsyanın qızı vəzifəsindən azad edildi


Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın kiçik qızı Satenik ölkənin Səhiyyə Nazirliyindən işdən çıxma haqqında ərizə yazıb. Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, Satenik nazirliyin Maliyyə-iqtisadi idarəsində iqtisadçı kimi işləyib. S. Sarkisyanın qızı 2016-cı ildə üçüncü uşaq dünyaya gətirib və dekretə çıxmışdı. Dekretin müddəti bu günlərdə başa çatıb. Ermənistanın səhiyyə naziri Arsen Torosan onun ərizəsini imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top