Moskvada 60 yaşlı azərbaycanlı həmyerlisini öldürüb və intihar edib - VİDEO

Rusiya paytaxtında baş verən atışma nəticəsində iki nəfər azərbaycanlı ölüb. 

Hadisə bu gün axşam saatlarında “Novıye Çeryomuşki” metrostansiyasının yaxınlığında baş verib.

İlkin məlumatlara görə, hadisəni azərbaycanlı əsilli Gürcüstan vətəndaşı 60 yaşlı Rəsul Abdullayev törədib.

Onun açdığı atəş nəticəsində 50 yaşlı digər azərbaycanlı Vaqif Hümbətov ölüb. Daha sonra R. Abdullayev həmin odlu silahla özünü öldürüb.

Qətl hadisənin qisas üstündə baş verdiyi məlum olub. Belə ki, Rəsul Abdullayevin oğlunun azart oyunlar həvəskarı olduğu və nəticədə külli miqdarda borcunun yığıldığı və bu səbəbdən öldürüldüyü bildirib.

Oğlunun ölümündə Vaqif Hümbətovu günahlandıran Rəsul Abdullayev onu öldürüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

ONA

DİGƏR XƏBƏRLƏR

Top