
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) 2018-ci ilin yekunlarına dair maliyyə hersabatları açıqlanıb. Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti iki dəfə azalsa da, rəhbərliyin maaşı artıb.
Qurumun hesabatında kifayət qədər maraqlı məqamlar var ki, bunlardan biri də idarənin rəhbərliyinə daxil olan şəxslərin əmək haqları ilə bağlıdır. Belə ki, hesabatdan idarənin rəisinin və 5 müavinin illik əmək haqlarının toplam 464 min manat təşkil etdiyi məlum olur. Qeyd edək ki bu, 2017-ci illə müqayisədə 131 min manat və ya 39 faiz çoxdur. Deməli, ötən il hər ay rəhbərliyə 38 min 667 manat, hər bir rəhbərə isə orta hesabla 6 min 444 manat əmək haqqı və mükafat ödənilib.
Ümumiyyətlə, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 406 milyon 949 min manat cəmi xərclərinin 140 milyon 635 min manatını əməkhaqqı, maaş və sosial müdafiə xərcləri təşkil edib.
(Azpolitika.info)
Tətbiqimizi yükləyə bilərsiniz