Goranboyda “Mercedes” yolu keçən uşağı vurdu


Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunda qeydə alınıb. Eruz Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən Aydın adlı uşağı vurub. Nəticədə piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
Esmira Hidayətova, Goranboy
 

DİGƏR XƏBƏRLƏR

Top