
Şimali Koreya lideri Kim Çen In Vladivostokda Russki adasında danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinə qılınc hədiyyə edib.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, K. Ç. In hədiyyənin Koreya xalqının güc və ruhu anlamına gəldiyini bildirib.
V. Putin isə öz növbəsində Şimali Koreya liderinə qılınca görə təşəkkür edib, onun əlini sıxıb və qəpik verib. K. Ç. Ina yol çay servisi və qılınc hədiyyə edilib. Qeyd edək ki, Russki adasında tərəflər arasında danışıqlar əvvəlcə tet-a-tet formatında, sonra isə geniş tərkibdə təqribən 3 saat davam edib. Bu, K. Ç. Inın 2011-ci ildə hakimiyyətə gəlişindən bəri Rusiyaya ilk səfəridir.
Tətbiqimizi yükləyə bilərsiniz