Ceyhun Osmanlı anasının işdən çıxarılması xəbərinə münasibət bildirdi


Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanovanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı criminal.az saytı xəbər yayıb.

Saytın xəbərinə görə, Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək X.Osmanovanın səhhəti ilə əlaqədar işdən çıxarıldıığını elan edib.

Qeyd edək ki, X. Osmanova sabiq deputat Ceyhun Osmanlının anasıdır.

***

Yeniavaz.com xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı keçmiş deputat Ceyhun Osmanlıdan münasibət öyrənib. C. Osmanlı yayılan məlumatların doğru olmadığını, anasının səhhəti ilə əlaqədar bir neçə günlük bülletenə çıxdığını deyib:

"Yəni işdən azad edilməsi doğru deyil. Onun səhhəti ilə bağlı bülletenə çıxması ötən il də baş vermişdi.  Daha sonra yenə işinin başına qayıdıb”.

Gimnaziyadan bildirilib ki, direktor bu gün işə çıxmayıb və gün ərzində də olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top