Kılıçdaroğluna vuran şəxs inək oğurladığına görə həbsdə "yatıb"


Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna şəhid cənazəsi mərasimində yumruqla zərbə vuran Osman Sarıgün haqqında maraqlı faktlar ortaya çıxıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, paytaxt Ankaranın Çubuk rayonunda yaşayan və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan Osman Sarıgünün keçmiş müdürü açıqlama verib.  Sarıgünün müdürü Ahmet Tetik bildirib ki, bu şəxs bizim şirkətdə TIR sürücüsü işləyib və oğurluq etdiyi üçün 3 ay əvvəl işdən çıxartmışıq.

Daha sonra məlum olub ki, Osman Sarıgün 30 il əvvəl inək oğurladığı üçün həbs olunub və 1989-90-cı illərdə Ankara Mərkəzi Həbsxanasında "yatıb".

Qeyd edək ki, aprelin 21-də CHP liderinin hücuma məruz qalması ilə bağlı insidentə görə 9 nəfər saxlanılıb. Şübhəlilərdən üçü prokurorluqdan sərbəst buraxılıb, beş nəfər, o cümlədən də Osman Sarıgül polis nəzarəti şərtiylə azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top