12 yaşlı uşağa itlər hücum edib - VİDEO


Mingəçevirdə 12 yaşlı uşağa sürü halında gəzən sahibsiz itlər hücum edib.

Mingəçevir İncilli küçəsi 9-a ünvanında yaşayan 6-cı sinif şagirdi Amil Ramil oğlu Mikayılovu küçədə sürü halında gəzən sahibsiz itlər hücum edib. Ayaq nahiyəsindən yaralanan uşaq hazırda xəstəxanadadır. Hadisə barədə uşağın nənəsi Sevda Mikayılova Yeniavaz.com-a açıqlamasında bildirdi ki, axşam saatlarında küçə itlərindən biri uşağa hücum edib: "Uşağın səsinə atası özünü çatdırıb. Ata görüb ki, it uşağı yerə yıxıb dizdən aşağı ayağını yeyir. Ata özünü itirmədən uşağı itin ağzından ala bilib. Yaşadığımız İncilli küçəsindən itdən başqa tülkü, çaqqal və sürü şəkilində gəzən itlər var. Uşaqlar məktəbə gedəndə hər an təhlükə ilə rastlaşırlar. Biz dərhal uşağı xəstəxanaya çatdırdıq”.
Yaralının babası Nazim Mikayılov bildirir ki, axşamlar itlərin əlindən küçəyə çıxa bilmirik. Hətta onlar həyətlərimizə də dolurlar: "Yaxşı ki, hadisə zamanı uşağın atası köməyə tez çatıb. Oğlum görüb ki, it uşağı ağzı aşağı yıxıb yeyir. Sahibsiz itlərdir. Bəzən də bu əraziyə gətirib sahibsiz itləri buraxırlar. Xahiş edirik ki, aidiyyatı qurumlar bizə kömək etsinlər. Hələ biz bilmirik ki, uşağın axırı necə olacaq".
Qeyd edək ki, Amil Mingəçevir 19 saylı məktəbin şagirdidir.
Uşağın vəziyyəti ilə bağlı xəstəxana heç bir açıqlama vermədi.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top