“Neftçilər”ə növbəti baş direktor təyin edildi


Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub. 

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni direktor Nadir Mehdiyevdir. O, bundan əvvəl xəstəxanada direktor müavini vəzifəsində işləyib.

Xəbəri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova təsdiqləyib. 

Qeyd edək ki, son illərdə xəstəxananın baş direktoru iki dəfə dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top