Bakıdakı məşhur mağazada erməni mahnısı - VİDEO


Bakıdakı məşhur mağazalardan birindəerməni mahnısının səsləndirilməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb

Yeniavaz.com xəbər verir ki, hadisə Bakının Yasamal rayonunda metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Bonita” geyim mağazasında baş verib.

Videonu çəkən jurnalist Könül Aypara mağaza işçilərinə irad bildirsə də, onlar buna məhəl qoymayıb. Əksinə, “onsuz da kefimiz yoxdur, siz də qanımızı qaraldırsınız” deyərək, xanım jurnalisti borclu çıxarmağa çalışıblar. 

Səsləndirilən “Mi Gna“ mahnısının sözləri Artak Aramyana, ifası isə erməni reper Super Sakoya məxsusdur və “remix” versiyasıdır.

Həmin görüntüləri təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top