Ermənilər Ağdamda uşaqları atəşə tutdu - FOTO


Ermənistan Silahlı Qüvvələri cəbhədə atəşkəs rejimini kobudcasına pozaraq dinc əhaliyə atəş açıb. 


Yeniavaz.com Ordu.az-a istinadən xəbər verir ki, işğalçı ordunun bölmələri dünən Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub. Düşmən bu dəfə də dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar isə azyaşlı kənd sakinləri olub.

Əldə olunan məlumata görə, atəşə məruz qalanların ən böyüyü 13 yaşlı, ən kiçiyi isə 4 yaşlı qız uşaqları olub. Onlar öz qapılarının ağzında düşmənin atıcı silahlarının atəşinə məruz qalıb.

Səhhətində problem yaranan uşaqlardan biri xəstəxanaya aparılıb.  13 yaşlı Məmmədova V. Yasin qızının valideynləri Ağdam rayon təcili tibbi yardım stansiyasına müraciət edib. 

Bundan sonra kəndə gələn həkim briqadası uşağa ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya aparıblar. 

Xəstəxanada tam müayinə edilən azyaşlı kənd sakini evə buraxılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.

DİGƏR XƏBƏRLƏR

Top