Ermənistanın müdafiə naziri: Çox güclü şəkildə silahlanacağıq


İlk Su-30SM çoxfunksiyalı qırıcı təyyarələr gələn ilin əvvəlinədək Ermənistana tədarük ediləcək.

Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Onun sözlərinə görə, həmin təyyarələrin alınması ilə bağlı gələcəkdə planlar var: "İlkin mərhələdə 4 təyyarə olacaq. Tədarüklər ilin sonuna-2020-ci ilin əvvəlinə nəzərdə tutulub. Sonra bu istiqamətdə işləyəcəyik. Rusiya qırıcılarına görə ilk pul tranşları artıq köçürülüb".

D. Tonoyan qeyd edib ki, Ermənistanın gələcəkdə Rusiya silahları almasına dair planları mövcuddur: "Çox güclü şəkildə silahlanacağıq və yenidən silahlanacağıq".

DİGƏR XƏBƏRLƏR

Top