
Aprelin 17-də İndoneziyada keçirilmiş ümumi seçkilərdə səslərin hesablanması zamanı həddən artıq yorğunluqdan ölənlərin sayı 139 nəfərə çatıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu İndoneziyanın siyasət, ədliyyə və təhlükəsizliik məsələləri üzrə naziri Viranto deyib.
Onun sözlərinə görə, indiyədək seçki komissiyasının 139 nümayəndəsi dünyasını dəyişib, 500-dən çoxu xəstəxanaya yerləşdirilib: "Səslərin hesablanması davam edir. Seçki məntəqələrində işə ümumilikdə 7 milyondan çox adam cəlb edilib".
xxx
İndoneziyada seçkilər zamanı seçki məntəqələrində yorğunluqdan ölən işçilərin sayı 92-yə yüksəlib.
Bu barədə Antara nəşri məlumat yayıb.
Daha əvvəl Sinxua agentliyi məlumat vermişdi ki, yorğunluq və yol qəzaları 69 nəfərin ölümünə səbəb olub. Onlardan 15 nəfəri polis işçisi, 54 nəfər isə seçki şöbələrinin əməkdaşları olub.
Səslərin hesablanması davam edir.
Aprelin 17-də İndoneziyada bütün səviyyələrdə eyni vaxtda seçki keçirilib. Məlumata görə, ictimai səsvermə nəticələrinə əsasən, seçici fəallığı 82% təşkil edib.
Seçkilərdə səsvermə hüququ olan 193 milyondan çox seçici qeydiyyatdan keçib. Səsvermənin rəsmi nəticələri mayın 22-də İndoneziya Milli Seçki komissiyasl tərəfindən açıqlanacaq.
Qeyd edilir ki, seçki məntəqləinin əməkdaşları seçkilərdə fasiləsiz olaraq bir neçə gün işləməyə məcbur olublar.
Exit-Polun nəticələrinə görə, ölkənin hazırkı prezidenti Coko Vidodo prezident seçikilərində liderliyi özündə saxlayıb. O ölən şəxşlrlə əlaqədar başsağlığı verərək, onları "demokratiyanın qəhrəmanları" adlandırıb.
Sputnik
Tətbiqimizi yükləyə bilərsiniz