Təbii fəlakət Azərbaycanda avtomobil yolunu uçurdu - VİDEO

Sel suları Cəlilabad-Yardımlı avtomobil yolunu yararsız hala salıb.

Ölkə ərazisinə düşən intensiv yağıntılar cənub bölgəsində fəsadlar törədib. Mənbəyini Buravar sıra dağlarından götürən Nio çayında suyun səviyyəsi kəskin artıb. Nəticədə Cəlilabad-Yardımlı avtomobil yolu qəzalı vəziyyətə düşüb. İki rayonu birləşdirən əsas magistralda nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Sel suları avtomobil yolunun bir hissəsini tamamilə yuyub aparıb.

Sel suları Cəlilabad rayonunun Buravar kəndinin mərkəzindən keçən yolu da dağıdıb.

Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, artıq qəzalı vəziyyətə düşən yollara baxış keçirilib, çaylarda suyun səviyyəsi azaldıqdan sonra ərazidə təmir-bərpa işlərinə başlanılacaq.

 


(ONA)

 

DİGƏR XƏBƏRLƏR

Top