Filippin Prezidenti bu ölkəni müharibə elan etməklə hədələdi


Filippin Prezidenti Rodriqo Duterte ölkəsini zibilliyə çevirən Kanadanı müharibə elan etməklə hədələyib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Kanadadan tonlarla zibil özəl idxalçılar tərəfindən Filippin ərazisinə qanunsuz gətirilir. Ekoloqların etirazlarına baxmayaraq, Kanada hakimiyyəti zibilləri qaytarmaqdan imtina edib və özəl daşıyıcını buna məcbur etmək səlahiyyətlərinin olmadığını bəyan edib.

R. Duterte qeyd edib: "Mən Kanadaya xəbərdarlıq edirəm, onlar gələn həftə zibilləri daşısalar, yaxşı olardı, əks təqdirdə Kanada istiqamətində gəmi səfərinə yollanacağam və onların zibillərinə ora tökəcəm. Onlara müharibə elan edəcəyəm. Mən həqiqətən də zibili qaytaracağam. Görəcəksiniz".Filippin Prezidenti yük maşınlarının zibilləri Kanada səfirliyi qarşısına tökməsinə dair tapşırıq verib.
 

DİGƏR XƏBƏRLƏR

Top