
Rusiya Prezidenti Vladimir Putin cari ilin sonunda Ermənistana səfər edəcək. Yeniavaz.com "Sputnik" saytına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, V. Putinin səfərlərinin planlaşdırılması üçün xeyli müddət lazımdır: "Ermənistanda baş vermiş dəyişikliklər, növbədənkəbar seçkilərin keçirilməsi nəzərə alınmaqla bu məsələ texniki xarakter daşıyır. İki ölkə lideri arasında səmimi münasibətlər, mütəmadi ünsiyyət qurulub".