Bu gün Milli Məclisdə İTV-nin Yayım Şurasına yeni üzvlər seçiləcək


Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.
Deputatlar iclasın əvvəlində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsini müzakirə edəcəklər.
Daha sonra Mülki, İnzibati Xətalar və Su məcəllələrinə, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisenziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və digər qanunlara dəyişikliklər müzakirə olunacaq.
Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir. (demokrat.az)

DİGƏR XƏBƏRLƏR

Top