Hitlerin sualtı qayıqla Argentinaya qaçması barədə yeni sənədlər üzə çıxıb


ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) Adolf Hitlerin 1945-ci ildə Berlinin süqut etməsindən sonra Argentinaya qaçması haqqında versiyanı nəzərdən keçirib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə FTB-nın üzərindən məxfiliyi götürülmüş sənədlərində deyilir.

Əməkdaşlardan biri belə informasiyanın daxil olması haqqında baş ofisə məlumat verib. İddia edilib ki, nasistlərin lideri sualtı qayıqla Argentinaya çatıb. Orada altı yüksəkvəzifəli argentinalı məmur A. Hitlerə And dağlarının cənub hissəsindəki rançoda sığınacaq veriblər.

Bildirilir ki, bu barədə məlumat FTB-nin keçmiş direktoru Edqar Quverə və Amerika hərbi kəşfiyyatına çatıb. İlk məruzə 21 sentyabr 1945-ci il tarixinə aiddir. Xatırladaq ki, A. Hitler 1945-ci il aprelin 30-da intihar edib.

DİGƏR XƏBƏRLƏR

Top