“İşgəncə söhbətləri cəfəngiyatdır” - Gəncənin polis rəisi


Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə sui-qəsd olayından sonra baş verən hadisələrə görə həbs edilən 70 -ə yaxın şəxsin ailə üzvləri adıçəkilən şəhərdə aksiya keçirib.

Onlar idda edib ki, övladlarına qarşı işgəncə faktları olub.

Yeniavaz.com xəbər verir ki, bu iddialarla bağlı Gununsesi.org-a açıqlama verən Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov bu iddiaları təkzib edib.

Onun sözlərinə görə, baş verən hadisəyə qanunla aidiyyatı hüquq-mühafizə orqanları qiymət verir:

“İşgəncə söhbətləri cəfəngiyyatdır. Onlar ağır cinayət törədiblər”.

DİGƏR XƏBƏRLƏR

Top