"Özəl klinikalara müdaxilə edə bilmirik" - Ölüm hadisəsi ilə bağlı Nazirlikdən AÇIQLAMA


"Biz də bu məsələdən mətbuat vasitəsi ilə xəbərdar olmuşuq".

Bunu Yeniavaz.com-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova, Bakıda özəl klinikaların birində burun əməliyyatı zamanı 26 yaşlı qızın dünyasını dəyişəməsi haqqında danışarkən deyib.
O bildirib ki, Səhiyyə Nazirliyi özəl klinikalara müdaxilə edə bilmir: “Bu, ancaq o halda baş verə bilər ki, ya əməliyyatın aparıldığı klinikadan, ya da dünyasını dəyişənin yaxınları bununla bağlı bizə müraciət etməlidirlər”.
Xatırladaq ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.
Aprelin 17-si baş tutan sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.
G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top