Mingəçevirdə qəbirdən "sinə daşı" oğurlanıb? - AÇIQLAMA


“Mingəçevir qəbristanlığında  heç bir oğurluq hadisəsi baş verməyib, baş daşı sexi əməkdaşlarının ehtiyatsızlığı ucbatından zədələlənən "sinə daşı" çıxarılaraq yenisi ilə əvəzlənib”.

Yeniavaz.com xəbər verir ki, bunu Mingəçevir şəhər bələdiyyə nümayəndəsi deyib.
Məlumata görə, qəbristanlıqda oğurluq hadisəsi ilə bağlı son iki ayda heç bir məlumat qeydə alınmayıb və hüquq mühafizə orqanlarına hər hansı müraciət daxil olmayıb. Şəhər Bələdiyyəsinin dəfn mərasimləri xidməti də bu səpkili heç bir informasiyaya malik deyil. 2008-ci ildə dünyasını dəyişmiş Rüstəm Şükür oğlu Əliyevin sinə daşının oğurlanması ilə bağlı bəzi informasiya orqanlarında yayılan müraciətlərə aydınlıq gətirən həmin xidmətin rəisi Rəfael Məmmədov Yeniavaz.com  unun həqiqəti əks etdirmədiyini deyir: “4 saylı sağ sahil qəbristanlığı ərazisində xidmət edən baş daşı sexi əməkdaşlarının iş prosesində ehtiyatsız davranışı nəticəsində bir müddət öncə mərhum Rüstəm sinə daşı zədələnib. Sex əməkdaşları bu barədə mərhumun doğmalarına məlumat verərək onu yenisi ilə əvəzləyəcəklərini deyib. Bundan sonra sinə daşı çıxarılıb və yenisi üzərində iş aparılıb. Havaların yağıntılı keçməsi ilə əlaqədar qəbrüstü daşın qoyulması ləngiyib. Bununla belə iki gün öncə yeni hazırlanmış sinə daşı sex əməkdaşları tərəfindən təkrar yerinə möhkəmləndirilib”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top